Dünən

Moskvada azərbaycanlı iş adamının ofisində axtarışlara başlanılıb

Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin Moskva ofisində bu gün səhər saatlarında axtarışlara başlanılıb.

Təhlil.az xəbər verir ki, xüsusi təyinatlılar və müstəntiqlər paytaxtın Lujniki rayonundakı ofisə daxil olaraq sənədləri müsadirə edib və əməkdaşların binanı tərk etməsinə icazə verməyib.

Şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınması ilə məşğuldur.

Məlumata görə, “Railgo” tərəfindən daşınan neftin birhissəsi Azərbaycana məxsusdur. Hadisənin detalları və səbəbləri hələlik açıqlanmayıb.

İstintaq hərəkətləri davam edir.

Məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?