Dünən

Sabah bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah səhər saatlarından başlayaraq iyulun 27-si axşam saatlarına qədər bəzi ünvanlarda yol təmir işləri aparılacaq.  

Təhlil.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildiririlib ki, təmir işləri ilə əlaqədar həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və tam olmaqla məhdudlaşdırılacaqdır.

Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar: 

- Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək);

- Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən İnşaatçılar prospektinədək);

- Nərimanov rayonu Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək). 

Hərəkətin tam məhdudlaşdırılacağı yollar: 

- Binəqədi rayonu, Ziya Bünyadov prospektində (Əlişir Nəvai küçəsindən Xutor
tunelinə qədər);

- Xətai rayonu, Babək prospektinin yan yolu və dairədə (maşın bazarının
qarşısı);

-Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində (Əsəd Əhmədov küçəsindən Məhəmməd Xiyabani küçəsinədək olan hissəsi). 

Bununla yanaşı, Binəqədi rayonu, Eldar Babayev küçəsində (Rəşid Məmmədov küçəsindən Ziya Bünyadov prospektinədək) və Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində (157 saylı  marşrutun yolu) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə 26 iyul saat 08:00-dan başlayaraq nəqliyyat vasitələrinin hərəkəti fasilələrlə tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.        

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?