Bu gün
“Hraparak”: Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir

Ermənistanın “Hraparak” qəzeti Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının son həftələrdə ciddi şəkildə gücləndirildiyini yazır.
Təhlil.az xəbər verir ki, məlumata görə, bazaya kütləvi şəkildə hərbi texnika və sursat daşınır, hər gün bir neçə hərbi yük təyyarəsi eniş edir.
Təchizatın dəqiq məqsədi məlum olmasa da, bir sıra fərziyyələr irəli sürülür. Onlardan birinə əsasən, Rusiya bölgədə mümkün dəyişikliklərə hazırlaşır və Ermənistandan çıxmaq barədə səssiz duruşuna baxmayaraq, praktik addımlar atır.
Qəzet iddia edir ki, Ermənistan hakimiyyəti bu prosesdən xəbərdardır, lakin ictimai şəkildə şərh verməkdən çəkinir.
Dünən