“The Hill”: “Çin Ukraynada sonsuz müharibə istəyir, Rusiyanın qələbəsi ona sərfəli deyil”

“The Hill” nəşrinin yazdığına görə, Çin Ukraynada uzunmüddətli müharibənin davam etməsində maraqlıdır. Təhlil.az xəbər verir ki, nəşr bunun səbəblərini aşağıdakı məsələlərlə əlaqələndirib:
• Bu, ABŞ-nin diqqətini yayındırır, onu resurs baxımından zəiflədir;
• Qərbin birliyini sarsıdır və siyasi-iqtisadi sabitliyini zəiflədir;
• Çin Qlobal Cənub və neytral ölkələr başda olmaqla dünyada öz nüfuzunu artırmaq üçün fürsət əldə edir.
Nəşrə görə, Çin Rusiyanın qətiyyətli qələbəsini istəmir. Çünki bu, Moskvaya əlavə güc və təsir sahəsi qazandırar, eyni zamanda Rusiya Çinin öz dominantlıq planları üçün strateji rəqibə çevrilə bilər.
Yəni nə Qərbin , nə də Rusiyanın qələbəsi Çinin maraq dairəsində deyil. Çinə sərf edən əsas ssenari uzun və nəticəsiz müharibədir.