Dünən

Ursula Fon der Lyayen Trampla Şotlandiyada görüşəcək

Aİ Donald Trampla ticarət sazişi imzalamaq ərəfəsində görünür. Təhlil.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Şotlandiyaya dörd günlük səfəri zamanı ABŞ prezidenti ilə bazar günü görüşəcəyini elan etdikdən sonra belə bir ehtimal irəli sürülüb.

Cümə günü axşam Aberdinşirdə yeni qolf meydançasının açılışından əvvəl Trampın təyyarəsi Şotlandiyaya eniş edib. O, şənbə günü Britaniyanın baş naziri Kir Starmerlə də görüşməyi planlaşdırdığını bildirib.

Avropa Komissiyası Fon der Lyayenin səfərinin Trampın dəvəti ilə baş tutacağını bildirib.

İrlandiyanın Baş naziri Mişel Martin cümə günü deyib ki, müqavilə həftə sonu bitənə kimi imzalanacaq.

Təyyarədən enən Tramp Fon der Lyayeni çox hörmətli qadın adlandırıb. ABŞ lideri bildirib ki, müqaviləni imzalamaq üçün yaxşı şans yaranıb. Problemlər isə 20 müxtəlif səbəbdən yaranıb.
ABŞ prezidentinin sözlərinə görə, əgər razılaşma əldə edilsə, bu, indiyədək imzalanmış ən böyük sövdələşmə olacaq.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?