Bu gün

Tailand ordusu Kambocaya hücum etdi: 13 ölü, 70-dən çox yaralı

Tailand ordusunun Kambocanın Pousat əyalətinə hücumu nəticəsində azı 13 kambocalı ölüb, 70-dən çox şəxs yaralanıb.

Təhlil.az xəbər verir ki, ölənlərdən beşi hərbi qulluqçu, səkkizi isə mülki şəxsdir. Yaralılardan isə 21-i əsgər, azı 50-i dinc sakindir.

Məlumata görə, iki ölkə arasında üç gündür davam edən eskalasiyada Kamboca hakimiyyəti 35 829 sakini sərhəd rayonlardan təxliyə edib.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?