Dünən

Kreml: Rusiya və Ukrayna memorandum layihələri tamamilə ziddiyyət təşkil edir

Kreml Moskva və Kiyevin Rusiya və Ukrayna arasında memorandumlar layihəsinə yanaşmasını tamamilə ziddiyyətli adlandırıb.

Təhlil.az xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib: “İkinci raundda mübadilə edilən memorandum layihəsinə yanaşmalar indi tamamilə ziddiyyətlidir; çətin ki, onları bir gecədə bir araya gətirmək mümkün olsun; bu, çox mürəkkəb diplomatik iş tələb edəcək”.

Peskovdan Rusiya-Ukrayna danışıqlarının üçüncü raundundan sonra Rusiya və Ukrayna prezidentləri arasında görüş perspektivinin daha real olub-olmaması və Kremlin onun keçirilməsi üçün Kiyevin təklif etdiyi avqustun son tarixini real hesab edib-etməməsi soruşulub. Suala Putinin mətbuat katibi belə cavab verib: "Zirvə görüşü nizamlanmada yekun nöqtəni qoya bilər və qoymalıdır, ekspert işi zamanı hazırlanacaq bütün modallıqlar və razılaşmalar qeyd edilməlidir. Bunun əksini etmək mümkün deyil. 30 gün ərzində belə mürəkkəb prosesdən keçmək mümkündürmü? Aydındır ki, bu, çətin baş tutsun", - Peskov əlavə edib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?