Tramp yaxın günlərdə Aİ ticarət sazişi qərarını açıqlaya bilər

ABŞ prezidenti Donald Tramp tezliklə Aİ ilə ticarət sazişini qəbul edib-etməyəcəyini və ya əvvəlcə planlaşdırıldığı kimi gələn həftə 30%-lik tariflərin qüvvəyə minəcəyini açıqlaya bilər. Təhlil.az xəbər verir ki, bu barədə Avropa diplomatlarına istinadən “Politico” məlumat yayıb.
Bir gün əvvəl Amerika lideri ABŞ və Aİ arasında ticarət danışıqlarının gedişini yüksək qiymətləndirib. O qeyd edib ki, ABŞ və Aİ ticarət sazişinin şərtləri ilə bağlı ciddi müzakirələr aparır.
Tramp, Avropanın polad, alüminium və avtomobillərinə artıq qüvvədə olan 10% tariflərə əlavə olaraq avqustun 1-dən etibarən bütün Aİ idxalına 30% tarif elan edib. Buna cavab olaraq Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, nə olursa olsun, avqustun 1-dək razılığa gəlməyə cəhd göstərməyə çağırıb.
Avropa Ticarət Komissarı Maroş Şefçoviç ABŞ tariflərinin ləğvinə nail olmaq niyyətini təsdiqləyib, lakin eyni zamanda o, artıq Birləşmiş Ştatlardan ildə 72 milyard avro dəyərində idxal edilən malların siyahısını hazırlayıb, danışıqlar nəticə vermədiyi təqdirdə cavab rüsumları tətbiq oluna bilər.