Dünən

Almaniya Rusiya və Belarusdan müraciətləri qəbul etməyəcək

Almaniya Daxili İşlər Nazirliyinin  nümayəndəsi yeni hakimiyyət partiyalarından ibarət koalisiyanın əcnəbilərin qəbulunu nəzərdə tutan proqramların sayını azaltmaq qərarına gəldiyini deyib.

Təhlil.az xəbər verir ki, vizaların verilməsini nəzərdə tutan proqramın biri "humanitar səbəblərə görə" müraciətlərlə bağlı olub.

Bu proqram müharibə əleyhinə fəaliyyət, demokratiyanın və insan haqlarının təşviqinə görə Rusiya, İran və ya Belarusda bir sıra şəxslərə sürətləndirilmiş viza verilməsini nəzərdə tutub.

Artıq rəsmi olaraq yeni müraciətlərin qəbul edilməyəcəyi və viza verilməyəcəyi bəyan edilib.

Yeni qaydalar Almaniyaya humanitar viza ilə gəlmiş şəxslərə təsir etməyəcək.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?