Dünən

Ərdoğan: İstanbulda Tramp ilə Putinin görüşməsi üçün səy göstərəcəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda  ABŞ və Rusiya liderlərinin – Donald Tramp ilə Vladimir Putinin görüşünü təşkil etmək məqsədilə onlarla ayrı-ayrılıqda görüşlər keçirəcəyini açıqlayıb. 

Təhlil.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib:

“Ukrayna ilə Rusiya arasında son görüş Çırağan sarayında baş tutdu. Bu danışıqlara mənim adımdan xarici işlər naziri sədrlik etdi. Rusiya-Ukrayna nümayəndə heyətləri öz aralarında da danışıqlar apardılar. Ukrayna heyəti bundan əvvəl Ankarada bizimlə görüşdü. Mən onları qəbul etdim. Təbii ki, bu arada Vladimir Putinlə də danışdım və bu görüşlərə onun da dəstək verməsini istədik. Bundan sonrakı müddətdə bir həftə ərzində həm Putin, həm də Tramp ilə danışıqlar aparmaqla bu liderləri bir araya gətirməyə səy göstərəcəyik”.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?