Kosmosdan planetimizə təhlükə yaxınlaşır

Alimlər qalaktikalararası obyektin Yerə yaxınlaşdığını bildirirlər.
Təhlil.az xəbər verir ki, Kornell Universitetindən bir qrup elm adamı bu yaxınlarda apardıqları araşdırmada müəmmalı interqalaktik obyektin noyabrda Yerə yaxınlaşa biləcəyini irəli sürüb.
Onun aktiv intellektə malik texnoloji artefakt olduğu ehtimal edilir.
Tədqiqatçılar hesab edirlər ki, obyektin planlarını proqnozlaşdırmaq çətindir. Obyekt ilk dəfə 2025-ci il iyulun 1-də aşkar edilib. Tədqiqatda obyekt yaxınlaşana qədər gözləmək və heç bir aktiv fəaliyyət sərgiləməmək tövsiyyə edilir.
Bununla belə, elmi ictimaiyyət tədqiqatın nəticələri ilə razılaşmadığını bildirib. Bəzi elm adamları obyektin başqa ulduz sistemindən olan tipik bir kometa olduğuna inanırlar. Regina Universitetinin astronomiya professoru Samanta Louler Amerikanın “New York Post” nəşrinə müsahibəsində obyektin böyük ehtimalla kometa olması fikrini bildirib. Bununla belə, ekspertlər məqaləyə mütəxəssislər tərəfindən baxılana qədər nəticə çıxarmağa tələsməməyi tövsiyə edirlər.