Kirayə mexanizmi çərçivəsində daha 206 mənzil satmaq öhdəliyi ilə təqdim edilir

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 206 yeni, tamtəmirli mənzilləri vətəndaşlara təqdim edir.
Təhlil.az fondun məlumatına istinadla xəbər verir ki, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347,16 manatdan başlayır. Yeni mənzillər seçim üçün 22.07.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq.
Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu link vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7285 kirayə müqaviləsi bağlanılıb.