Bu gün
İraqda neft yatağında partlayış baş verib

İraqın şimalında neft yatağında partlayış baş verib.
Təhlil.az xəbər verir ki, partlayış İraq Kürdüstanı muxtar vilayətinin Dahuk vilayətinin şimalında yerləşən Atruş neft yatağında baş verib.
Yerli təhlükəsizlik nümayəndəsinin sözlərinə görə, partlayış yatağın yerində baş verib, ərazidəki işçilər və mülki müdafiə bölmələri yanğını söndürməyə çalışır. Obyektdə neft hasilatı dayandırılıb.
İlkin məlumata görə, insident nəticəsində ölən yoxdur.
“Baghdadnews” portalının məlumatına görə, Dohuk əyalətindəki Atruş neft yatağına “hücum edilib”.
Onun sözlərinə görə, yatağın ərazisində tüstü sütunları görünür. Hələlik başqa təfərrüatlar barədə məlumat verilmir.