Bu gün

Aİ Gürcüstanla vizasız səyahət rejimini ləğv edə bilər

İyulun 15-də Aİ xarici işlər nazirlərinin görüşündə diplomatlar hakim partiyanın dinc etirazları yatırtması fonunda Gürcüstanla vizasız rejimin ləğvi məsələsini müzakirə edəcəklər.

Təhlil.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb. Onların fikrincə, vizasız rejimin dayandırılması Gürcüstana təzyiq etmək variantlarından biridir. Qeyd olunur ki, Aİ bir neçə aydır İttifaq ölkələrinin kiçik qrupunun müqaviməti
ilə üzləşdiyi üçün “Gürcü arzusu”na qarşı hər hansı addım atmaqdan çəkinir.

Qeyd edək ki, 2024-cü il noyabrın 28-də Gürcüstanda etirazlar başlayıb. Mitinqlərin ilk həftəsi ən gərgin həftə olub. Tbilisidə bəzi etirazçılar su şırnaqları və gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələrinə pirotexniki vasitələrlə qarşılıq veriblər. Toqquşmalar gecə boyu davam edib və xüsusi təyinatlıların etirazçıları Rustaveli prospektindən sıxışdırıb çıxarması ilə başa çatıb.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?