Bu gün

Bakıdan Tbilisiyə yeni yol açılır? – Sərnişin qatarları geri qayıdır

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası məsələsi gündəmdədir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə keçirilən görüşdə bu məsələ ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı tərəflər iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi, xüsusilə də pandemiyadan sonra dayandırılan dəmir yolu sərnişin daşımalarının yenidən bərpasının vacibliyini vurğulayıblar. Müzakirələr zamanı həmçinin bu istiqamətdə atıla biləcək konkret addımlar nəzərdən keçirilib.

Qeyd edək ki, Mariam Kvrivişvili bir müddət əvvəl Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində o, Prezident İlham Əliyev tərəfindən qəbul edilib və ölkənin yüksək vəzifəli rəsmiləri ilə bir sıra görüşlər keçirib. Bu təmaslar iki ölkə arasında nəqliyyat və iqtisadi əməkdaşlığın daha da dərinləşdiyini göstərir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?