Dünən

Ara Abramyan: Paşinyan II Qareginin yerinə yeni katolikos üçün namizəd axtarır

Ermənistanın baş naziri Nikol Paşinyan II Qareginin yerinə yeni katolikos üçün namizəd axtarır. Təhlil.az xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan “RİA Novosti”yə bildirib.

“Bilirəm ki, o, katolikos ola biləcək insanlarla danışıqlar aparır. Onları inandırır ki, əgər kilsə rəhbərliyinin əleyhinə danışsalar, onlar üçün hər şeyi edəcəklər”, - deyə Abramyan qeyd edib.

Onun fikrincə, kilsə güclü olduğu üçün Paşinyan uğur qazana bilməyəcək.

“Katolikos bəzi ittihamlarla üz-üzədir. Bunu Paşinyan edir. Amma bu təyinat Paşinyanın qarışa biləcəyi məsələ deyil. Katolikos seçilmiş adamdır. Sizin Katolikos haqqında deyəcək bir sözünüz varmı? Siz nə desəniz də, onlar özləri qərar verəcəklər. "Mən şəxsən buna rəhbərlik edəcəm" fikri isə Paşinyana məxsusdur. Bu, bütün ermənilər arasında anlaşılmazlığa səbəb olur", - deyə Abramyan bildirib.

İttifaq sədri əlavə edib ki, baş nazir seçkilər zamanı kilsənin ona qarşı olan seçiciləri birləşdirəcəyindən qorxur və bu qorxu onu idarə edir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?