Ağdamın daha iki kəndində bərpa işlərinə start verilir

Gələn ilin sonunadək Ağdam rayonunun Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində bərpa işləri aparılacaq və həmin ərazilərə sakinlərin köçürülməsi təmin olunacaq.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli” adlı konfransda çıxışı zamanı məlumat verib.
E.Hüseynovun sözlərinə görə, hər iki kənddə tikinti işlərinə artıq bu aydan start veriləcək:
“2026-cı ilin sonuna qədər bu kəndlərdə bərpa işləri tamamlanacaq və vətəndaşların mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin ediləcək”.
Qeyd edək ki, bərpa prosesi çərçivəsində yaşayış evləri ilə yanaşı, sosial infrastruktur obyektlərinin də tikintisi nəzərdə tutulur.