Bu gün

Ağdam, Füzuli və Xocavənd rayonlarında görülən əsas infrastruktur işləri açıqlanıb

Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumi uzunluğu 593,7 kilometr olan avtomobil yolları, ümumi uzunluğu 47,1 kilometr olan dəmir yolları və bir Beynəlxalq hava limanı inşa edilib.

Təhlil.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində keçirilən “Konstitusiya və suverenlik: Hüquqi dövlətin təməli” mövzusunda regional konfransda deyib.

E.Hüseynov bildirib ki, bu rayonlarda 35 və 110 kV-luq 8 yarımstansiya, ümumi həcmi 38,5 milyon kubmetr olan 4 su anbarı, ümumi uzunluğu 35 kilometr olan 6 su kanalı tikilib, magistral qaz xətti çəkilib.

AZERTAG

 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?