Bu gün

Cənubi Koreya Yaponiyaya etiraz edir

Koreya respublikası 2025-ci ilin müdafiə ilə bağlı Ağ Kitabında qeyd olunan Tokto adalarına ərazi iddialarına görə Yaponiyaya etiraz edib.

Təhlil.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ağ Kitabda Takeşimanın (Tokto adaları Yaponiyada belə adlanır) Yaponiya ərazisinin bir hissəsi olduğu və “adalarla bağlı ərazi məsələlərinin həll olunmamış qaldığı” bildirilir.

"Koreya Respublikası hökuməti Yaponiyanın Tokto adalarına qarşı ədalətsiz ərazi iddialarını dəfələrlə irəli sürməsinə kəskin etiraz edir və istənilən qanunsuzhərəkətə qətiyyətlə cavab verəcək", - deyə, XİN sözçüsü bildirib.

O, adaları tarix, coğrafiya və beynəlxalq hüquq baxımından Cənubi Koreya ərazisi adlandırıb.

Tokto Koreya yarımadasının şərqində yerləşən ümumi sahəsi 0,188 kvadrat kilometr olankiçik adalar qrupudur. İnsan yaşamayan bu qayalıq ərazilər 1945-ci ildən, Koreya yapon müstəmləkəçiliyindən azad edildikdən sonra beynəlxalq mübahisə obyektinə çevrilib.

Adalar Cənubi Koreya ordusu tərəfindən idarə olunur, lakin Tokio öz siyasət sənədlərində və məktəb dərsliklərində bu adalar üzərində suverenlik iddiasında davam edir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?