Bu gün

“Əbu-Dabi siqnalı: Bakı və İrəvan Moskvasız yol xəritəsi qurur” - RƏY

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüş Rusiya və İranın maraqlarına uyğun gəlmədiyi üçün bu ölkələrdə narazılıq doğurub.

Bu barədə təhlil.az-a açıqlamasında hüquq elmləri doktoru, Göteborq Universitetinin baş müəllimi Kamal Makili-Əliyev bildirib.

Ekspert qeyd edib ki, Moskva görüşü formal olaraq dəstəkləsə də, həm bəyanatlarda, həm də mətbuatda yayımlanan məqalələrdə Rusiya tərəfinin narazılığı hiss olunur:

“Görüş rəsmi vasitəçisiz keçirilsə də, Qərbə yaxın coğrafiyada konkret desək, Birləşmiş Ərəb Əmirliklərində baş tutması Moskva üçün narahatedici siqnaldır. Xüsusilə də ABŞ-nin bu prosesə dolayı təsiri Kremlin diqqətindən yayınmır”.

Kamal Makili-Əliyev bildirib ki, Rusiya Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi kimi dəyərləndirir:

“Paşinyanın Türkiyə səfəri, liderlərin Əbu-Dabidə görüşü və artan regional əməkdaşlıq dinamikası Moskvanın təsir imkanlarını sarsıdır. Rusiya bu prosesi öz maraqlarının kənarda qalması kimi qəbul edir”.

Ekspert qeyd edir ki, İran da bu prosesə eyni narahatlıqla yanaşır. Lakin həm Moskva, həm də Tehran hazırda müharibələrə cəlb olunduğu üçün bölgəyə təsir imkanları zəifləyib:

“Bu zəiflik Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətlərin bərpası üçün yeni fürsətlər yaradır. Hazırda Bakı və İrəvan üçün real yaxınlaşma şansı mövcuddur”.

Rasim Babayev 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?