Bu gün

Avropa İttifaqı 19-cu anti-Rusiya sanksiyalar paketinin müzakirəsinə başlayıb

Aİ rəsmiləri qeyri-rəsmi səviyyədə Rusiyaya qarşı sanksiyaların 19-cu paketini müzakirə etməyə başlayıblar. Bu barədə çexiyalı deputat Tomas Zdexovski Rusiya mediasına açıqlamasında bildirib.

“19-cu paketlə bağlı müzakirələr ilkin və qeyri-rəsmi mərhələdə olsa da, artıq başlayıb”, - deyə deputat qeyd edib.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, sanksiyalardan siyasi yox, texniki yorğunluq hissi var. Əvvəlki 18 paket Rusiya iqtisadiyyatının əksər sektorlarına təsir edib. Buna görə də indi nəzarətin gücləndirilməsinə, ikinci dərəcəli məhdudiyyətlərin genişləndirilməsinə və ixrac-idxal nəzarətinin aydınlaşdırılmasına diqqət yetirilir.

İyulun 14-də Çexiyanın baş naziri Petr Fiala Slovakiyanın baş naziri Robert Fikodan Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qarşısını almamağı xahiş edib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?