Bu gün

Azərbaycan XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edilib.

Təhlil.az xəbər verir ki, paylaşımda bildirilib:

“15 iyul 2016-cı il - qardaş Türkiyə xalqının dövlətçiliyini və milli iradəsini qətiyyətlə qoruduğu şanlı bir tarixdir.

Bu gündə dövlət çevrilişi cəhdinin qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anırıq”.

Paylaşımda vurğulanıb ki, qəhrəman türk xalqının birliyi və iradəsi sayəsində yazılan bu dastan sülhə, sabitliyə və ortaq dəyərlərin qorunmasına verilən töhfədir.

“Demokratiya və Milli Birlik Gününüz mübarək, əziz Türkiyə”, - paylaşımda qeyd edilib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?