Bu gün
Azərbaycanlı tələbələr Yaponiyada birinci oldular

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkil etdiyi Milli Elmi Komanda, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və APRSAF tərəfindən keçirilən “CanSat 2025” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.
Təhlil.az xəbər verir ki, yarış 12–13 iyulda Yaponiyanın Vakayama şəhərində keçirilib.
Azərbaycanı müxtəlif universitetlərdən olan 4 tələbə təmsil edib.
Onlara “Azərkosmos”un mütəxəssisi mentorluq edib. Müsabiqədə tələbələr mini peyk modeli hazırlayıb və test mərhələsini keçiblər. Azərbaycan komandası Çin, Yaponiya, Tailand və Filippin kimi ölkələrin iştirak etdiyi yarışda qalib olub.