Dünən

Kambocanın Tailanda endirdiyi hava zərbələri nəticəsində 15 nəfər həlak olub

Taylandın Kamboca ilə sərhədində gedən döyüşlərdə azı 14 mülki şəxs və bir əsgər həlak olub, 46 nəfər yaralanıb.

Təhlil.az xəbər verir ki, bu barədə Tailandın Səhiyyə Nazirliyi məlumat yayıb.

Departamentin məlumatına görə, Surin əyalətində 5 nəfər, Sisaket əyalətində isə biri əsgər olmaqla 9 nəfər həlak olub. Ubon Raçathani əyalətində bir yerli sakin qətlə yetirilib.

Qeyd edək ki, iyulun 24-də səhər saatlarında Oddar Myeonq əyalətinin mübahisəli sərhəd bölgəsi yaxınlığında Kamboca-Tayland sərhədində silahlı toqquşmalar baş verib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?