Bu gün
Makron: Bakı ilə İrəvan arasında sülh region üçün yeni mərhələ açacaq

Bakı və İrəvan arasında tezliklə sülh sazişinin imzalanması bütün region ölkələri üçün yeni bir səhifənin açılmasına səbəb ola bilər.
Təhlil.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdən sonra “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
Makron görüş zamanı Fransanın Ermənistanın Azərbaycanla sülhə nail olmaq üçün göstərdiyi səyləri dəstəklədiyini bir daha təsdiqlədiyini bildirib.
“Sülh sazişinin mümkün qədər tez imzalanması Ermənistan və Azərbaycanla yanaşı, bütün region və region xaricindəki xalqlar üçün yeni bir səhifə aça bilər”, – deyə Fransa prezidenti vurğulayıb.