23 may

Ünvana gələn taksi fərqlidirsə “141”ə zəng et!

Tez-tez taksi şirkətləri tərəfindən saxtakarlıq halları ilə qarşılaşırıq. Ya tətbiqdə qeyd olunan avtomobilin yerinə başqası gəlir, ya da sürücü başqasının adı ilə qeydiyyatdan keçir.

Təhlil.az xəbər verir ki, Azərbaycan Yürüstü Nəqliyyat Agentliyini tərəfindən sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı taksi sifarişi operatorları ilə görüşlər keçirilib. Onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur”.

Qeyd edilib ki, AYNA informasiya sistemində "E-taksi" alt sistemi mövcuddur. “E-taksi alt sistemi vasitəsilə sifariş ötürülən nəqliyyat vasitələrini, nəqliyyat vasitələrinin sürücüləri, həmcinin onların iş saatı barədə məlumatları görmək mümkündür.

Operatorlar icazəsi olmayan maşına və sertifikatı olmayan sürücüyə sifariş göndərə bilməzlər. Sifariş ötürüldüyü təqdirdə həmin qayda pozuntuları “E-taksi” alt sistemdə əks olunur. Bununla da taksi sifarişi operatorları və daşıyıcılar barəsində inzibati tənbeh tədbirləri görmək mümkündür.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?