Bu gün

Artıq daha çox vətəndaş üçün güzəştli ipoteka krediti götürmək imkanı var

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat artırılaraq 1 153 000 manata çatdırılıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 milyon manatın ayrılması ilə mümkün olub.

Təhlil.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır:

“Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.

Bütövlükdə fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir”.

Deputat qeyd edib ki, indiyədək fond tərəfindən 54 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 560 000 manatdan çoxdur.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?