Dünən

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

İyulun 28-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında siravi və kiçik rəis şəxsi heyəti vəzifələrində xidmət etmək arzusunda oaln gənclərin növbəti sıra baxışını keçirib.

Təhlil.az bu barədə Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 214 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb, onlardan 28-i Vətən müharibəsi iştirakçılarıdır.

Gənclər qarşısında çıxış edən nazir seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?