Dünən

Fransadan Aİ-ABŞ ticarət sazişinə etiraz

Aİ-ABŞ ticarət razılaşması müvəqqəti sabitlik gətirəcək, lakin balanssızdır.

Təhlil.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir nümayəndəsi Benjamin Haddad bildirib.

“Avropa Komissiyası ilə ABŞ arasında bağlanan ticarətsazişi ABŞ-nin tariflərin eskalasiyası ilə təhdid edilən iqtisadi aktorlara müvəqqəti sabitlik gətirəcək, lakin o balanssız olaraq qalır”,- deyə, nazir X sosial şəbəkəsində qeyd edib. 

Onun sözlərinə görə, “hazırkı vəziyyət qənaətbəxş deyil”.

"İkinci Dünya Müharibəsinin bitməsindən bəri Atlantikanın hər iki tərəfində ortaq rifah gətirən azad ticarət bu gün iqtisadi məcburiyyətə və Dünya Ticarət Təşkilatının qaydalarına tamamilə məhəl qoymamağa üstünlük verən ABŞ tərəfindən rədd edilir", - Haddad bildirib.

O əlavə edib ki, Avropa İttifaqı ABŞ ilə ticarətdə maraqlar balansını qorumaq üçün mübarizə aparmalıdır.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?