Dünən

ABŞ Avropadakı hərbçilərinin sayını azaldır - yeni müharibə yoxsa... - ŞƏRH

ABŞ-nin dünya üzrə 1000 hərbi bazası var. 80-dən çox ölkədə qurulan bu bazalarda ən azı 170 min amerikan əsgəri var. Bu bazarlar üzrə ən çox hərbçi sayı Yaponiya, Almaniya və Cənubi Koreyanın payına düşüb.

Bu gün yayılan məlumata görə, ABŞ Avropadakı hərbi personalının 30 faizini azalda bilər. Hazırda Avropada 90-100 min arası ABŞ hərbçisi var. Azaldılma 25-30 min nəfəri əhatə edəcək. Artıq sentyabr ayında Pentaqonun yekun hesabatı yayımlayacağı gözlənilir. Avropa İttifaqı ilə rüsum barədə razılığın əldə edilməsi fonunda Ağ Evin qərarı müəyyən suallar yaradıb.

Hazırda Kamboca və Tayland arasında baş verən qarşıdurma, eyni zamanda Şimali Koreyanın artan nüvə təhdidi fonunda belə bir qərar müəyyən müzakirələrə yol açıb. Ehtimal etmək olar ki, Avropadan çıxarılan hərbçilər məhz Hind-Sakit okean regionuna yerləşdiriləcək. Artan gərginliklər fonunda sözügedən regionda hərbi qarşıdurmaların başlaması ehtimalını da məhz bu qərar daha da gücləndirir.

Bununla yanaşı, Ştatlarda müəyyən ixtisarlar aparan Tramp hökumətinin bu qərarının arxasında xərcləri azaltmaq niyyətinin da dayandığını düşünmək olar. Vaşinqtonun xaricdəki mövcudluğu böyük xərclərə yol açır.

Bu səbəbdən qənaət rejiminə üstünlük verən Donald Trampın məhz bu məqsədlə bu addımı atdığı da ehtimal edilir. Amma hər halda, sentyabrdan sonra Hind-Sakit okean hövzəsində baş verəcək inkişaflar qərarın məhz hansı səbəbdən atıldığını ortaya qoyacaq.

Hikmət Həsənov

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?