Bu gün

Pakistanda musson fəlakəti: 279 nəfər həyatını itirib

İyunun sonundan etibarən Pakistanda başlayan musson yağışları ölkəni ağır humanitar böhranla üz-üzə qoyub. Təhlil.az bu barədə Pakistanın Fövqəladə Hallar üzrə Milli İdarəsinin məlumatına istinadla xəbər verir.

Məlumatda bildirilir ki, təbii fəlakət nəticəsində 279 nəfər həlak olub, 676 nəfər xəsarət alıb. Eyni zamanda 1500-dən çox bina zədələnib. Musson fəlakəti ölkənin kənd təsərrüfatı və heyvandarlıq sahələrinə ciddi ziyan vurub. Minlərlə insan isə təxliyyə olunub.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?