Bu gün
Amur qəzasında azərbaycanlı yoxdur

Rusiyanın Amur bölgəsində qəzaya uğrayan “An-24” təyyarəsində azərbaycanlı və ya Azərbaycan vətəndaşı olmayıb.
Təhlil.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə məlumat verib.
Qeyd edək ki, iyulun 24-də baş verən qəzada 48 nəfər, o cümlədən 5 uşaq həlak olub. Təyyarənin qalıqları Tındadan 15 km aralıda tapılıb.