Bu gün
Pekin su altında qaldı: minlərlə insan təxliyə edildi

Çinin Su Təsərrüfatı Nazirliyi daşqın təhlükəsi ilə əlaqədar Pekində fövqəladə reaksiya elan edib.
Təhlil.az xəbər verir ki, buna səbəb iyulun 24-də paytaxta yağan güclü yağış olub.
Şəhərin şimal-şərqində yerləşən Miyun su anbarı 1964-cü ildə tikildiyi vaxtdan bəri ən yüksək su axını qeydə alınıb.
Dövlət qurumu yerli hakimiyyət orqanlarından daşqınla bağlı vəziyyətə nəzarəti gücləndirməyi və təhlükələr barədə əhalini operativ məlumatlandırmağı tələb edib.
Şiddətli yağışlar Pekinin ətrafındakı ərazilərdə geniş daşqınlara səbəb olub, iki nəfər ölüb, minlərlə insan təxliyə olunub.
Çin səlahiyyətliləri sürüşmə və daşqın riskinin yüksəkolacağı barədə xəbərdarlıq edib.