Bu gün
Prezident İlham Əliyev Peru liderini təbrik edib

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb.
Təhlil.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram".