Bu gün

Almaniyada qatar faciəsi: 3 ölü, 50-dən çox yaralı

Almaniyanın Baden-Vürttemberq əyalətində, Riedlingen yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Təhlil.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 50-yə yaxın sərnişin yaralanıb.

İlkin məlumatlara görə, bölgədəki fırtına torpaq bəndini sıradan çıxarıb və bu, qəzanın baş verməsinə səbəb olub.

Qatarın içində təxminən 100 nəfər olub.

Almaniya kansleri Fridrix Mertz hadisə ilə bağlı “X” hesabında paylaşım edərək başsağlığı verib və məsələni nəzarətdə saxladığını bildirib. Rəsmi istintaq davam edir.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?