Bu gün

Azərbaycanla Çin arasında vizasız səfərlər başladı

Bu gündən etibarən Azərbaycan və Çin vətəndaşları vizasız səyahət hüququ qazanıblar.

Təhlil.az xəbər verir ki, viza tələbinin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelində Çinə etdiyi rəsmi səfər zamanı imzalanan sazişə əsaslanır. Sənədə görə, Azərbaycan və Çin vətəndaşları etibarlı ümumvətəndaş pasportu ilə qarşılıqlı şəkildə viza almadan digər ölkəyə səfər edə biləcəklər.

Yeni qaydaya əsasən:

Hər bir səfər maksimum 30 gün davam edə bilər;

Hər 180 günlük dövr ərzində isə ümumilikdə 90 gün qalmaq mümkündür.

Bu qərar bu gün qüvvəyə minib və Azərbaycanla Çin arasında münasibətlərin daha da yaxınlaşmasının simvolik addımı sayılır.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?