Paşinyan: Ermənistan regional nəqliyyat marşrutlarının açılmasında maraqlıdır

Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib ki, ölkəsi regionda nəqliyyat infrastrukturunun açılmasında, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisindən keçən, Azərbaycandan Azərbaycana Ermənistan ərazisindən keçən marşrutların açılmasında maraqlıdır.
Təhlil.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, bu, həmçinin ikitərəfli ticarətin genişləndirilməsi, Ermənistandan Azərbaycan üzərindən üçüncü ölkələrə, Azərbaycandan Ermənistan vasitəsilə beynəlxalq rabitənin və tranzit mübadiləsinin təmin edilməsi baxımından önəmlidir.
"Bütün danışıqlarda aydın şəkildə vurğulamışıq ki, bu proseslər yalnız Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində baş verə bilər", – deyə o, əlavə edib.
Qeyd edək ki, Paşinyan son aylar regional kommunikasiyaların açılması məsələsində tez-tez "suveren nəzarət" prinsipini önə çıxarır.