16 iyul
“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması daha əvvəl edilməli idi”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması daha əvvəl baş verməli idi”.
Təhlil.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
O, Azərbaycanın ərazi bütövlüyünü çox gec tanıdığından təəssüfləndiyini bildirib və öz mövqeyini siyasi, hüquqi və mənəvi baxımdan düzgün adlandırıb.
Paşinyan qeyd edib ki, bu qərar daha əvvəl verilməli idi: "Hesab edirəm ki, nəinki düzgün iş görmüşəm, həm də vəziyyəti düzgün dəyərləndirmədiyimə görə bunu əvvəllər etməməklə səhv etmişəm. Səbəblər həm sosial-psixoloji, həm də başqa olub”.
Dünən
Dünən