Dünən

Qızıl və gümüş nişanla təltif olunan şagirdlərin sayı məlum olub

Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb.

Təhlil.az xəbər verir ki, əmrə əsasən XI sinif məzunlarından 220 nəfər qızıl, 41 nəfər isə gümüş nişanla təltif olunub.

Bildirilib ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılsın.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?