Dünən

Tramp sentyabrda Pakistana səfər edəcək

“Reuters” yerli telekanallara istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək. “Trampın sentyabrda Pakistana səfəri gözlənilir, bu barədə iki yerli telekanal mənbələrə istinadən məlumat yayıb”, - nəşr yazıb. Bundan əvvəl Pakistan hökuməti Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib. Pakistan hökuməti izah edib ki, bu qərar Ağ ev rəhbərinin son Hind-Pakistan münaqişəsi zamanı diplomatik müdaxiləsi və “fundamental rəhbərliyi” ilə seçildiyi üçün alınıb.

Vurğulanır ki, Tramp böyük strateji uzaqgörənlik və görkəmli dövlət xadimliyi nümayiş etdirdi və bu, Yeni Dehli ilə İslamabad arasında gərginliyin azalmasına səbəb oldu.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?