Dünən
Bakı-Qazax yolunda dəhşətli qəza: bir ailədən 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Bu gün saat 12:00 radələrində Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Təhlil.az xəbər verir ki, qəza zamanı eyni ailədən iki nəfər həyatını itirib, iki azyaşlı və daha bir nəfər isə xəsarət alıb.
TƏBİB məlumat verir ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlılardan biri beyin əsasının sınığı, sol alın payında hematoma və gicgah sümüyünün sınığı diaqnozu ilə ağır vəziyyətdədir. Digər azyaşlının vəziyyəti stabil, müalicəsi davam etdirilir.
Dünən
Dünən