Ermənistanın baş naziri kilsəyə qarşı mübarizədə çətin vəziyyətlə üzləşib - ŞƏRH

Kilsəyə,bütün ermənilərin katolikosuna və bəzi yepiskoplara qarşı davam edən “savaşa” baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan çətin vəziyyətdə qalıb. Baş nazir bundan sonra hansı addımları atacağını bilmir. O, bu məsələdə geniş ictimai dəstəyin olmadığını başa düşür. Öz yaxın ətrafına insanları Eçmiədzinə apararaq, katolikosu istefaya məcbur edə biləcəyinə eyham vursa da, bu təklif bəyənilməyib. Onun komandası əmin deyil ki, Paşinyanın təhlükəli planını həyata keçirəcək, yoxsa qarşıdurmadan yayınacaq. Eyni zamanda, dövlət başısı psixoloji terrorla, öz komandasını katalikosa qarşı qaldırmaqla onu taxtından məhrum etməyə çalışır. Ancaq son aylar göstərdi ki, hakimiyyətin nə ölkə daxilində, nə də xaricdə bu məsələdə tərəfdarı yoxdur. Ruhanilər də əks hücuma keçiblər. Baş nazir hüquq-mühafizə orqanlarına katolikosa qarşı cinayət işlərinin açılması ilə bağlı göstəriş verib. Artıq ona yaxın iş açılıb, lakin hələ ki, ictimaiyyətə açıqlanmayıb. Paşinyan öz komandasına dəfələrlə bildirib ki, bu məsələ payıza qədər həll olunmalıdır.
Bununla belə, baş verənlər göstərir ki, II Qaregini taxtdan endirmək o qədər də asan olmayacaq.
Hikmət Həsənov