Dünən
Peşə təhsilinə qəbul başlayır

İyul-avqust aylarında peşə təhsili müəssisələrinə qəbul aparılacaq.
Təhlil.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov "Code Academy” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “CASA”, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İMZA GROUP və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında yeni əməkdaşlıqların əsasını qoyan Anlaşma Memorandumunun imzalanma mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, peşə təhsili müəssisələrinə qəbul prosesində plan yerlərinin artırılması gözlənilir.
Agentlik sədri vurğulayıb ki, peşə təhsili artıq bir çox gəncin ilk seçimidir və maraq ildən-ilə artır.