"Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfrans keçirilib.
Təhlil.az xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası, rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılıb.
Konfrans çərcivəsində “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” və “Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı iki panel sessiya keçirilib.
Sonda media mənsublarına təşəkkürnamələr təqdim edilib.