Dünən

Son 25 ilin əməkhaqqı göstəriciləri: Kim daha çox qazanır? - VİDEO

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 25 il ərzində ölkə üzrə orta aylıq əməkhaqqı məbləği yüksək olan fəaliyyət sahəsi mədənçıxarma sənayesi olub. Bu da o deməkdir ki, son 25 il ərzində daim mədənçıxarma sahəsində çalışanlar ən çox gəlir əldə edən şəxslər olublar.

Rəsmi rəqəmlərə əsasən, 2000-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 44,3 manat təşkil edib. Həmin il fəaliyyət sahələri üzrə ən yüksək əməkhaqqı məbləği 162,9 manat olaraq mədənçıxarma sənayesinə aid olub. İkinci sıranı 126,5 manat ilə maliyyə və sığorta fəaliyyəti tutub.

Son sırada kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan şəxslər yer alıb. Onların orta aylıq əməkhaqqı məbləği 13,6 manat təşkil edib.

2010-cu ildə ölkədə orta aylıq əməkhaqqı məbləği 331,5 manat təşkil edib. Həmin il də mədənçıxarma sənayesi ilk sıranı tutub. Bu sahə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 1004,7 manat təşkil edib. Son sırada əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi üzrə çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı məbləği yer alıb. Bu məbləğ isə 155,2 manat təşkil edib.

2020-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 707,7 manat təşkil etsə də, mədənçıxarma sənayesi 3 278,6 manat ilə liderliyini qoruya bilib. Son sırada 426,2 manat ilə inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə fəaliyyət sahəsi yer alıb.

Son hesabat ilində, yəni 2024-cü ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 1009,2 manat təşkil edib. İlk sırada yenə də mədənçıxarma sənayesində çalışan şəxslər yer alıb. Onların orta aylıq nominal əməkhaqqı məbləği 3 564,8 manat təşkil edib. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan şəxslər 589,6 manat ilə son sırada yer alıblar.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?