Dünən
İsrail ordusu Dəməşqə hava zərbələri endirib, qərargah hədəf alınıb

İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirib.
Təhlil.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, pilotsuz uçuş aparatı ilə Suriya hərbi qərargahının giriş qapısı vurulub.
İsrail ordusunun açıqlamasında deyilir: “Siyasi rəhbərliyin göstərişi əsasında Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətlər izlənilir. Biz hücum edirik və bir neçə ssenariyə hazırıq”.
Suriya mediası hücum nəticəsində iki nəfərin yaralandığını bildirib.
Qeyd edək ki, İsrail ordusu son aylar ərzində Suriyada İrana yaxın qüvvələrin mövqelərinə qarşı hava əməliyyatlarını artırıb. Bu isə bölgədə gərginliyi daha da artırır.