Tramp Qətərin baş naziri ilə Qəzzada atəşkəsi müzakirə edəcək

ABŞ prezidenti Donald Tramp Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək.
Təhlil.az xəbər verir ki, ABŞ lideri onunla Qəzza zolağında atəşkəs və radikal Fələstin HƏMAS hərəkatının saxladığı israilli girovların azad edilməsi üzrə danışıqların gedişini, Tehranın nüvə proqramı ilə bağlı yeni razılaşmanın əldə edilməsi üçün ABŞ və İran arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə edəcək.
Xatırladaq ki, Qətər İsraillə radikal Həmas hərəkatı arasında dialoqun əsas vasitəçilərindən biridir.
İyulun 6-da hər iki tərəf Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs və anklavda saxlanılan israilli girovların azad edilməsinə dair razılığın əldə edilməsini nəzərdə tutan Doha prosesini bərpa edib.