Dünən
Paşinyan: Sülhə dair Ermənistan-Azərbaycan layihəsinin mətni razılaşdırılıb

"Sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Ermənistan-Azərbaycan layihəsinin mətni razılaşdırılıb və mətn üzrə danışıqlar başa çatıb. İndi biz Azərbaycanla necə irəliləyəcəyimizlə, yol xəritəsinin nə ola biləcəyi ilə bağlı məsləhətləşmələrə başlamışıq. Parafikasiya ideyası da gündəmdədir və müzakirə olunanlardan biridir".
Təhlil.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.