Tramp altı ay ərzində 500 məhkəmə iddiası ilə üzləşib

Donald Trampın yeni prezidentlik müddəti başlayandan bəri ABŞ məhkəmələri işlərin 75%-də onun rəqiblərini dəstəkləyib.
Təhlil.az xəbər verir ki, bu barədə “Washington Times” məlumat yayıb. Qeyd olunur ki, Tramp ABŞ prezidenti olduğu 6 ay ərzində onun icra orqanının hərəkətlərinə etiraz edən ən azı 500 məhkəmə prosesi ilə üzləşib ki, bu da bir iş günü ərzində dörd iddiaya bərabərdir. Qəzetin Trampın məhkəmə işləri ilə bağlı təhlilinə əsasən, işlərin 75%-də hakimlər Amerika liderinin mövqeyinə zidd qərarlar qəbul ediblər. Məqalə müəllifi məhkəmə proseslərinin təxminən 50-nin Tramp administrasiyasının bəzi əcnəbi tələbələrin immiqrasiya sənədlərində və cinayət qeydlərindəki pozuntulara görə onları ABŞ-dən qovmaq cəhdinin bir hissəsi olduğuna diqqət çəkir. Lakin prezidentin komandası bu işlərin təxminən 90%-ni uduzub. Trampın sələfləri, prezidentlər Barak Obama və Co Bayden tərəfindən təyin olunan hakimlər hazırda ABŞ prezidentinə müxalif mövqedə dayanıblar.