Dünən

Peskov: Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəm təməli var

“Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəm təməli var, lakin bəzən elə olur ki, bu münasibətlər çətin dövrlərdən keçir və indi o çətin dövrlərdən biridir”. Təhlil.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib. O, əlavə edib:

“Ümid edirik ki, bu müddət keçəcək, inanırıq ki, iki ölkə arasında əməkdaşlıq həqiqətən də qarşılıqlı fayda gətirir. Azərbaycanda ruslara hörmət edilir və bu, bizim üçün çox vacibdir. Rusiyada çox böyük Azərbaycan diasporu yaşayır. Diaspor nümayəndələrinin demək olar ki, hamısı bizim qanuna tabe olan vətəndaşlardır və burada layiqli hörmətə malikdirlər. Qanunları pozanlar isə məsuliyyətə cəlb olunurlar.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?